Azərbaycanda H1N1-ə yoluxanların vəziyyəti kafidir

Azərbaycanda «donuz qripi»nə yoluxmuş 11 xəstənin vəziyyəti kafidir.

Bu barədə «APA»ya Səhiyyə Nazirliyinin sanitar-epidemioloji nəzarət sektorunun müdiri Viktor Qasımov məlumat verib. Onun sözlərinə görə, hazırda xəstələrin müalicəsi həm xəstəxana, həm də ev şəraitində davam etdirilir.

V. Qasımov yeni yoluxma faktının olmadığını deyib.