Əsgər yoldaşlarının qətlində ittiham olunan hərbçinin məhkəməsi başlayır

Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə əsgər Orxan Səfərovun məhkəməsi başlanacaq.

Orxan Səfərov bu ilin mayında Seyfəli poliqonunda 4 əsgərin qətlində, bir əsgərin yaralanmasında ittiham olunur.

Əsgərin yaxınları isə faciənin səbəbi kimi komandirin onu təhqir etməsini göstəriblər. Ekspertlərin fikrincə, faciə orduda nizamnamədən kənar münasibətlərin nəticəsi olub.