Əl Qaidənin Əfqanıstandakı birləşmələri sıxışdırılıb

Əl Qaidənin Əfqanıstandakı birləşmələri Pakistan ərazisinə sıxışdırılıb.

Bunu Britaniya ordusunun rəhbər nümayəndələrindən olan general Cok Stirrup BBC-ə müsahibəsində deyib.

General qeyd edib ki, Əl Qaidəyə qarşı daha yaxşı mübarizə aparmaq üçün Britaniyanın Əfqanıstandakı hərbi iştirakını genişləndirmək lazımdır.