Rəqibi deyir ki, Kərzainin prezident seçilməsinin hüquqi əsası olmayıb

Əfqanıstanın keçmiş xarici işlər naziri Abdulla Abdulla deyib ki, Həmid Kərzainin prezident seçilməsinin heç bir hüquqi əsası olmayıb. O deyib ki, hökumət korrupsiyanın öhdəsindən gələ bilməyəcək.

Abdulla yeni hökumətdə təmsil olunmayacağını da bildirib. Yeni hökumət 3 həftə ərzində formalaşacaq.