Bolqarıstan Rusiyanın dəstəklədiyi kəmər layihəsindən çıxa bilər

Bolqarıstan deyib ki, trans-Balkan neft kəməri layihəsindən çıxa bilər. Bunun baş verməməsi üçün Rusiya layihənin Qara dəniz çimərliklərini çirkləndirməyəcəyinə aid tam təminat verməlidir.

Bu haqda baş nazir Boyko Borisov bildirib.

2007-ci ildə Bolqarıstan, Yunanınstan və Rusiya razılıq imzalayıblar ki, Rusiya neftinin Bolqarıstanın Burqas limanından Bosfor boğazından yan keçməklə Yunanıstanın Aleksandropolis limanına daşınması üçün kəmər tikilsin.

Amma Bolqarıstanın yeni sağ mərkəzçi hökuməti bu layihənin ölkənin maraqlarına və ekologiya normalarına uyğun gəlib-gəlmədiyini yoxlamaq qərarı verib.