Azərbaycan və Rusiya prezidentləri telefonla danışıqlar aparıb

Azərbaycan Prezidenti İlham ƏLiyevin Mətbuat Xidmətinin yaydığı məlumata görə, noyabrın 2-də Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev İlham Əliyevə telefonla zəng etmişdir.

Telefon söhbəti zamanı dövlət başçıları ikitərəfli görüşlərin gələcək planları və Azərbaycan-Rusiya əməkdaşlığının müxtəlif sahələrinə dair məsələləri müzakirə etdilər.