Pakistanda talibançılara qarşı əməliyyat uğurla gedir

Pakistan ordusu ümid edir ki, Əfqanıstanla sərhəd bölgəsində cəmləşmiş talibançılar qışadək darmadağın ediləcək.

Bunu Pakistanın xarici işlər naziri Mahmud Qureyşi Malayziyada jurnalistlərə deyib.

O hazırda Cənubi Vəziristanda aparılan əməliyyatların çox uğurlu olduğunu qeyd edib.

Pakistanın hökumət qoşunları oktyabrdan bölgədə talibançılara qarşıyeni irimiqyaslı hərbi əməliyyata başlayıb.