Azərbaycan tarixində ilk dəfə Avropa çempionu oldu

Azərbaycanın kişilərdən ibarət yığması

Serbiyanın Novi Sad şəhərində şahmat üzrə komandalararası Avropa çempionatına yekun vurulub.

Son turda Rusiya gözlənilmədən İspaniya ilə heç-heçə oynayıb. Azərbaycan isə Hollandiyanı üstələməklə tarixində ilk dəfə Avropa çempionu tituluna sahib çıxıb.

Turnir cədvəli:

Azərbaycan - 15 xal
Rusiya -14
Ukrayna -13

Xanımlarımız isə qitə çempionatını dördüncü yerdə başa vurub. Yığmamız Ukrayna ilə eyni miqdarda - 12 xal toplasa da, əlavə əmsallara görə ukraynalılar üçüncü yeri tutub.

Rusiya birinci, Gürcüstan isə ikinci olub. / ANS /