Əfqanıstanda 14 ABŞ vətəndaşı ölüb

Bu gün Əfqanıstanda baş vermiş iki vertolyot qəzası nəticəsində 14 amerikalı həlak olub. Birinci hadisədə vertalyot yaraqlılarla döyüş yerini tərk edən zaman qəzaya uğrayıb. 7 hərbçi, 3 mülki şəxs ölüb. Daha bir vertolyot isə Əfqanıstanın cənubunda qəzaya düşüb. Nəticədə 4 amerikalı hərbçi həlak olub.

Bildirilir ki, qəzaların heç birinə silahlıların atəş açması səbəb olmayıb.