Azərbaycanlı «Taliban»çılara hökm oxundu

Vüqar Hüseynov və Rauf Abdullayevə hökm oxunub

Oktyabrın 26-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Taliban sıralarında döyüşməkdə təqsirləndirilən Vüqar Hüseynov və Rauf Abdullayevə hökm oxunub. Onların hər biri 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hər iki şəxs 2008-ci ilin əvvəlindən Pakistana və Əfqanıstana gedərək hərbi düşərgələrdə təlimlər keçməkdə təqsirləndiriliblər.

İttihama görə, onlar həmin ölkələrdə Azərbaycan kontingentinin də daxil olduğu hərbi koalisiya qüvvələrinə qarşı döyüşüblər. Azərbaycana qayıtdıqdan sonra həbs ediliblər.

Vəkil Elman Osmanovun AzadlıqRadiosuna verdiyi məlumata görə, təqsirləndirilən şəxslər təyin olunmuş həbs cəzasının 4 ayını ibtidai istintaq və məhkəmə dövründə həbsdə olduqlarından cəza müddətləri 2 aydan sonra bitəcək.