Yağışlı, küləkli hava oktyabrın 28-ə kimi davam edəcək

Bakıda güclü yağış, 29 noyabr 2007

Bu gün Bakıda və Abşeron yarımadasında hava buludlu olacaq, arabir yağış yağacağı gözlənilir.

Yağışlı, küləkli hava oktyabrın 28-ə kimi davam edəcək.

Bunu AzadlıqRadiosuna Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Proqnozlar Bürosunun direktoru İmran Məmmədov bildirib.

O deyib ki, iki gün ərzində Bakı və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı ehtimal olunur. Ancaq oktyabrın 27-də şimal-qərb küləyi səngiyəcək.

Oktyabrın 28-dən isə qeyri-sabit hava şəraiti dəyişəcək.