İspaniyada aviaşirkət işçiləri tətilə başlayıb

İspaniyanın İberiya aviaşirkəti 2 gündür davam edən tətilə görə 440-a yaxın uçuşunu təxirə salmalı olub. Tətil edən işçilər pilotların maaşlarının artırıldığı bir vaxtda onların əmək haqlarının dondurulmasına etiraz edirlər.

Şirkət rəsmiləri bu tətilin onların uçuşlarının dörddə birini iflic edəcəyini bildirib.