Bağdadda ölənlərin sayı 130-u keçib

Bu gün Bağdadda törədilmiş iki partlayış nəticəsində ölənlərin sayı 130-a çatıb.

Yüzlərlə adam yaralanıb.

Bağdadın mərkəzində - hökumət binalarının yerləşdiyi yaşıl zonada iki minalanmış maşın partladılıb.

Bu terror aktlarına görə cavabdehliyi hələlik heç kim üzərinə götürməyib.

Amma rəsmilər hesab edir ki, hücumun arxasında Əl Qaidə və ya qadağan olunmuş Bəəs partiyasının tərəfdarları durur.