Nüvə silahlarının ixtisarıyla bağlı müqavilə dekabrda hazır ola bilər

Rusiya və ABŞ prezidentləri hesab edirlər ki, strateji hücum silahlarının ixtisarıyla bağlı yeni müqavilə artıq bu ilin dekabrında hazır ola bilər.

Kremlin mətbuat xidməti xəbər verir ki, Barak Obamayla Dimitri Medvedev telefon söhbətində Cenevrədə bu məsələylə bağlı aparılan danışıqların gedişindən razı qaldıqlarını bildiriblər.