Bağdadda törədilmiş partlayışlarda azı 74 adam ölüb

Son məlumatlara görə bu gün Bağdadda törədilmiş iki partlayış nəticəsində azı 74 nəfər ölüb, yüzlərlə adam isə yaralanıb.

Bağdadın mərkəzində - hokumət binalarının yerləşdiyi yaşıl zonada iki minalanmış maşın partladılıb.

Bu terror aktlarına görə cavabdehliyi hələlik heç kim üzərinə götürməyib.

Amma rəsmilər hesab edir ki, hücumun arxasında Əl Qaidə və ya qadağan olunmuş Bəəs partiyası durur.