Pakistanda intiharçı partlayış törədib

Pakistanda törədilmiş partlayış nəticəsində polis nəfəri həlak olub.

Yerli hakimiyyətin məlumatına görə partlayışı intiharçı törədib.

Polis patrulu onun maşınını saxlamaq istəyərkən o partlayıcı qurğunu işə salıb.

Hadisə ölkə paytaxtı İslamabadın 140 kilometrliyində yerləşən Lillə şəhərinin ətrafındakı iri maşın yolunda baş verib.

Pakistanın hökumət qoşunları oktyabrın 17-dən Əfqanıstan sərhəddinin yaxınlığında yerləşən Cənubi Vəziristanda talibançılara qarşı irimiqyaslı hərbi əməliyyat aparır.