Neftin qiyməti artır, dolların düşür

Neftin qiyməti yenidən bahalaşıb. Dekabr ayı üçün xam neft tədarükünün qiyməti təxminən 3 faiz artıb. Nyu-York birjasında 1 barel neft 81 dollar 37 sentə satılıb.

Neftin qiyməti artdığı bir vaxtda isə dollar avroyla müqayisədə ucuzlaşmaqda davam edir.

1 avro 1 dollar 50 sentə bərabər olub.