Fələstində ümummilli seçkilər keçirilə bilər

Fələstin müxtar ərazilərinin lideri Mahmud Abbas radikal Həmas qurupunun etirazına baxmayaraq, gələn il yanvarın 24-də ümummilli seçkilər təyin etmək fikrindədir.

Mahmud Abbas deyib ki, seçkilərin vaxtı yalnız milli barışıq əldə olunacağı halda dəyişə bilər.

Müxtəlif fələstin qurupları Qahirədə milli barışıqla bağlı danışıqlar aparırlar.