Çin gəmilərini Somalidən yan keçməyə çağırır

Çin öz gəmilərini Somali sularından kənar keçməyə çağırıb.

İki gün əvvəl dəniz quldurları 25 nəfərlik heyəti olan Çinin kömür gəmisini ələ keçiriblər.

Çinin Xarici İşlər naziri oktyabrın 20-də deyib ki, Afrika Buynuzu ölkəsində tutulan gəminin, heyətin azad edilməsi üçün hökumət tədbirlər görür.