Kərzayi ikinci turla bağlı qərarını açıqayacaq

Prezident Həmid Kəzayi Əfqanıstanda seçkilərin ikinci turunun keçirilməsi ilə bağlı öz qərarını açıqlayacaq. Oktyabrın 20-də BMT-nin dəstəklədiyi işçi qrup bildirib ki, avqustun 20-də keçirilən seçkilər zamanı Kərzayiyə verilən səslərin bir qismi ləğv edilməlidir.

Əfqanıstanın Seçki Şikayətləri Komissiyası 210 seçki məntəqəsində səsvermənin nəticələrini qəbul etməyib.

ABŞ-da yerləşən Beynəlxalq Demokratiya təşkilatı Kərzayiyə verilən 1 milyona yaxın səsin etibarsız olduğunu və onun 48 faizdən bir qədər artıq səs topladığını deyib.

ABŞ dövlət katibi Hillari Klinton deyib ki, Kərzayi ölkədə yaranan vəziyyətlə bağlı qərarını açıqlayacaq.