Maldiv hökuməti suyun altında iclas keçirib.

Ada dövləti olan Maldiv Respublikası bu gün suyun altında hökumətin iclasını keçirib.

Məqsəd beynəlxalq diqqəti qlobal istiləşmə və suyun səviyyəsinin qalxmasına yönəlməkdir.

Nazirlər iclasa dalğıc paltarında gəliblər.

6 metrlik dərinlikdə keçirilən iclas yarım saat çəkib.

İclasda havaya buraxılan dəm qazlarını azaltmağa çağıran sənəd qəbul edilib.

Alimlər hesab edir ki, Maldiv adaları artıq 100 ildən sonra suyun altında qala bilər.