Bakıda yaşayış binasında partlayış olub

Bakıda yaşayış binasında partlayış olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, oktyabrın 16-da saat 06.35 radələrində Xətai rayonu Gəncə prospektindəki daşdan tikilmiş 5 mərtəbəli 44 nömrəli evin 78-ci mənzilində baş vermiş partlayışın səbəbi təbii qazın sızması olub.

Partlayış nəticəsində mənzilin pəncərə şüşələri sınıb, mənzilin sahibəsi Rəvanə Məlikova və oğlu Amil isə xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.