Neftin qiyməti 77 dolları ötdü

Neftin qiyməti bu il ən yüksək həddinə çatıb

Neftin qiyməti bu il ən yüksək həddinə çatıb. Oktyabrın 16-da Asiya bazarlarında 1 barrel neft 77 dolları keçib.

Neftin qiymətinin bahalanması benzinə olan tələbatın artması və ABŞ iqtisadiyyatının bərpa olunmağa başladığı bir vaxta təsadüf edir. Bu arada ABŞ dolları da zəifləyir.

Dollar avro ilə müqayisədə ucuzlaşıb, 1 avro - 1 dollar 49 sent olub.