Sarkisyan Bursaya gedib

Ermənistan prezidenti Serj Sarkisyan Bursadadır.

O, Bursaya türkiyəli həmkarı Abdulla Güllə birlikdə Türkiyə-Ermənistan milli futbol komandalarının oyununa baxmaq üçün gedib.

Oktyabrın 10-da İsveçrənin Sürix şəhərində Türkiyəylə Ermənistan arasında diplomatik əlaqələrin bərpası və sərhədlərin açılmasını nəzərdə tutan protokollar imzalandı.

Prezidentlər bundan əvvəl Yerevanda keçirilmiş ilk görüşə də birgə baxmışdılar.