Türkmənistanın enerji sektorunda əsaslı kadr dəyişikliyi olub

Türkmənistan prezidenti Qurbanqulu Berdımuxammedov ölkənin əksər neft və qaz rəsmilərini işdən çıxarıb.

Prezident onların işinin qənaətbəxş olmadığını deyib.

İşdən uzaqlaşdırılanlar arasında Türkmənneftqazstroy-un, Türkmənneft və Türkmənqazın rəhbərləri də var.

Berdımuxammedov energetika rəsmilərini kənd və şəhərlərin qazla təchizatının gecikdirilməsi, enerji xətlərinin keyfiyyətsizliyi və neft hasilatının artırılması
üçün lazımi tədbirlər görməməkdə günahlandırır.