Dəmir yolunda da qiymətlə arta bilər

«Azərbaycan Dəmir Yolları» QSC sərnişindaşıma üzrə mövcud tariflərin artırılması təklifi ilə Tarif Şurasına müraciət edib.

«APA-Economics»in məlumatına görə, bunu səhmdar cəmiyyətinin sədri Arif Əsgərov bildirib.

«Bu gün dəmir yolu sərnişindaşımada ən aşağı qiymətlərlə işləyir. Hazırda dəmir yolunda sərnişindaşımada orta qiymət 3 manatdır və dəmir yolu başqa nəqliyyat vasitələri ilə müqayisədə bir neçə dəfə ucuzdur», - deyə A.Əsgərov vurğulayıb.

A.Əsgərov onu da vurğulayıb ki, sərnişindaşımada qiymətlərin aşağı olması həm vaqonların saxlanılması, həm də təhlükəsizliyinə mənfi təsir göstərir.

A.Əsgərov qiymət artımının nə qədər olacağını isə konkretləşdirməyib.