Neftin qiyməti artıb

Amerikada neftin qiyməti avqustdan bu yana xeyli artıb.

Oktyabrın 12-də birjalarda neftin qiyməti təxminən 2 faiz bahalaşıb, 1 barrel neft 73 dollara satılıb.

Ekspertlər yanacağın qiymətinin artmasını havaların soyuması, bir də səhmdarların iqtisadi böhrandan uğurla çıxması proqnozları ilə bağlayır.