Tambovda dəmiryol qəzası baş verib

Tambovda baş vermiş dəmiryol qəzasında xəsarət alanların sayı 42-ə çatıb.

Yaralılardan ikisi xəstəxanaya götürülüb.

Moskvadan Tambova gedən sərnişin qatarı bu gün səhər Lokomotivin nasazlığı üzündən yolda dayanıb.

Hadisə yerinə göndərilən digər Lokomotiv isə naməlum səbəbdən sərnişin qatarına çaxılıb.