Ədəbiyyat mükafatı veriləcək

Nobel həftəsi oktyabrın 8-də ədəbiyyat üzrə mükafatın verilməsi ilə davam edəcək.

Hesab olunur ki, qaliblər israilli Amos Oz, alman yazısıçısı Herta Mueller və Amerikadan olan üçlük – Coys Karol Oates, Filip Ros və Tomas Pinçon ola bilər.

Ancaq qalibləri əvvəldən proqnozlaşdırmaq çətindir, çünki mükafatı verən İsveç Akademiyasında tanınmayan yazıçılar tez-tez mükafata layiq görülür.