Azərbaycan məhkəməsi 2 livanlıya 15 il həbs cəzası verdi

Məhkəmə sözçüsünün dediyinə görə, müttəhimlərlər «Hizbullah»la əlaqəlidirlər

Azərbaycan məhkəməsi İsrail və ABŞ səfirliklərini partlatmaq istəməkdə ittiham olunan iki livanlını və 4 Azərbaycan vətəndaşını günahkar sayıb.

Məhkəmənin nümayəndəsi «Frans Press» agentliyinə deyib ki, Livan vətəndaşları - Əli Karaki və Əli Nəcməddin hərəyə 15 il həbs cəzası alıblar.

Həbs cəzası alanlar həmçinin Qəbələ radar stansiyasını da partlatmaq istəyirlərmiş.

Eyni ittihamla tutulan 4 Azərbaycan vətəndaşı isə 12 ildən 15 ilə kimi müxtəlif həbs cəzaları alıblar.

Müttəhimlərin vəkilləri məhkəmənin qərarına etiraz olaraq zalı tərk ediblər.

Məhkəmə sözçüsünün dediyinə görə, müttəhimlərlər «Hizbullah»la əlaqəlidirlər.