Qazaxıstan prezidenti Azərbaycana gəlir

Qazaxıstan prezidenti Nursultan Nazarbayevin oktyabrın 2-də Azərbaycana rəsmi səfəri başlayır. N. Nazarbayevin səfəri zamanı enerji, ticarət və nəqliyyat sahələrində əməkdaşlıq məsələləri müzakirə ediləcəyi gözlənilir.

Bu arada Azərbaycan və Qazaxıstan oktyabrın 1-də Xəzərin şərqindən qərbinə neft daşınması üçün birgə müəssisə yaratmağa razılaşıblar.

Nursultan Nazarbayev sabah Naxçıvana da gedəcək, Türk dilli dövlət başçılarının 9-cu sammitində iştirak edəcək.