Dünya böhrandan daha tez çıxır

İqtisadi tənəzzül gözlənildiyindən daha tez bərpa olunur. Beynəlxalq Valyuta Fondunun ən son proqnozunda belə deyilir. Fond bildirir ki, qlobal iqtisadiyyatda artım proqnozlaşdırılandan çox - 3, 1 faiz olub.

Bununla belə Beynəlxalq Valyuta Fondu xəbərdarlıq edib ki, iqtisadiyyatın bərpası zəif gedəcək və tənəzzül riski qalmaqdadır.

Qurum bildirir ki, Rusiya və keçmiş Sovet ölkələri bərpa istiqamətində çətinliklərlə üzləşir.