Həmsədrlər oktyabrın 5-də gələcək

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycana oktyabrın 5-də gələcək.

Xəbəri jurnalistlərə Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov deyib. Nazir müavininin sözlərinə görə, həmsədrlər nizamlamanın bir sıra detalları ilə bağlı Azərbaycan və Ermənistan rəsmilərinin mövqelərini öyrənəcək.