Bloqqerlərin məhkəməsi olacaq

Oktyabrın 1-də gənc bloqqerlər Emin Milli və Adnan Hacızadənin məhkəməsi davam edəcək.

Gənclər iyulun 8-də «Lebanese» restoranında baş verən münaqişədən sonra həbs ediliblər.

Onlar xuliqanlıqda və qəsdən sağlamlığa az ağır zərər vurmada ittiham olunurlar.

Gənc fəallar ittihamları qəbul etmirlər və həbslərinin sifarişli olduğunu deyirlər.