AB avqust müharibəsinin səbəblərini açıqlayacaq

Sentyabrın 30-da Avropa Birliyi Rusiya-Gürcüstan müharibəsinin səbəblərinə dair hesabatını açıqlayacaq.

İsveçli diplomat Heidi Taqliavinanın başçılıq etdiyi müstəqil fakt araşdırma missiyası hesabatı Brüsseldə AB-nin rəsmilərinə və ictimaiyyətə təqdim edəcək.

Missiyanın araşdırması təxminən 9 ay davam edib.

Ötən ilin avqustunda Rusiya ilə Gürcüstan arasında separatçı Cənubi Osetiyada 5 günlük müharibə olub.

Bu arada sentyabrın 29-da Avropa Şurasının Parlament Asambleyası Rusiya, separatçı Cənubi Osetiya və Abxaziya hökumətlərini pisləyən qətnamə qəbul edib.

Rusiya Gürcüstanın hər iki separatçı regionun müstəqilliyini keçən ilki müharibədən sonra tanıyıb.