Roman Polanskini dəstəkləyənlər aksiya keçirib

Sentyabrın 29-da dünyanın 70-dən çox rejissoru Roman Polanskinin azadlığa buraxılması tələbi ilə yürüş keçirib.

Oskar mükafatlı rejissor şənbə günü İsveçrədə ABŞ-ın sorğusu əsasında həbs olunub, onun Kaliforniyaya ekstradisiya olunacağı gözlənilir.

Hazıra 76 yaşı olan Polanski 1977-ci ildə yeniyetmə qızla cinsi əlaqədə ittiham olunur.

Rejissor əslən polşalı olsa da, Fransa vətəndaşıdır.
İsveçrəyə isə mükafat almağa getmişdi.

Fransanın XİN deyib ki, polşalı həmkarı ilə rejissora kömək etməyə çalışırlar.