Papa dinə qayıdışa çağırır

Roma papası 16-cı Benedikt Çexiyaya səfərdədir.

O, Brno şəhərində 120 minəcən insan qarşısında çıxışında deyib ki, Allahdan uzaqlaşan cəmiyyətlər özlərini təhlükə ilə üz-üzə qoyurlar.

“Tarix göstərir ki, insanın alçalıb etdiyi absurd hərəkətlər Allahdan uzaqlaşmaları ilə bağlı olub”.

Bəzi sorğulara görə, bu keçmiş sosialist ölkəsinin əhalisinin üçdə biri Allaha inanmır.