İl fotolarda

Üç iranlı narkotik satıcısı Qum şəhərinin mərkəzində edam olunur - 2 yanvar 2008. Üç iranlı narkotik satıcısı ilgəklərdən asılıb. Tehranın cənubundakı Qum şəhərinin mərkəzi meydanına isə qar yağır. Həmin gün İran 13 məhkumu asıb. Onların arasında zinakarlıq edən ərini öldürməkdə təqsirli bilinən iki azyaşlı uşaq anası da var

Mixail Saakaşvili prezident seçkisinin qalibidir - Prezident Mixail Saakaşvili Tbilisidə inauqurasiya mərasimində

Əfqanlar kafirlikdə ittiham olunan jurnalistə qarşı ölüm hökmünə etiraz edirlər - Əfqanıstan Həmrəylik Partiyasının üzvləri kafirlikdə günahlandırılan gənc jurnalist Səid Pərviz Kambaxşa çıxarılan ölüm hökmünə etiraz nümayişi keçirirlər

Ukraynalı deputatlar Kiyevdə parlamentin yeni sessiyasının açılışında əlbəyaxa olurlar - 5 fevral 2008. Rusiyapərəst Regionlar və Kommunist partiyalarının deputatları parlamentdə «Bizim Ukrayna» və Yuliya Timoşenko bloklarının Qərbpərəst deputatları ilə dava edirlər. Müxalif deputatlar hökumətin NATO-ya qoşulmaq planlarına etiraz olaraq parlamenti boykot edirlər

Etnik albanlar Priştinada Kosovonun müstəqilliyini bayram edirlər - 17 fevral 2008. Kosovo parlamenti Serbiyadan müstəqillik elan edəndən sonra albanlar bayraqlarını yelləyirlər

Kosovo serbləri Kosovonun müstəqilliyinə etiraz edirlər - 17 mart 2008. Kosovo serbləri Mitrovitsa şəhərində fransalı sülhməramlıları daşa tuturlar. Serbiyalı etirazçıların tutduqları məhkəmə binasını azad edərkən partlayış baş verir, üç BMT polisi və iki NATO əsgəri yaralanır

Ermənistan müxalifəti prezident seçkisində saxtakarlığa etiraz edir - 28 fevral 2008. Müxalifət tərəfdarları 19 fevral prezident seçkisinin saxtalaşdırıldığı iddiası ilə Yerevanda yürüş keçirir

«Azadlıq» radiosunun müxbiri Ruzanna Stepanyan Yerevanda seçkidən sonrakı etiraz aksiyasında - 1 mart 2008. «Azadlıq» radiosunun müxbiri Ruzanna Stepanyan Fransa səfirliyinin qarşısında. Az sonra polislə prezident seçkisinin nəticəsinə etiraz edən nümayişçilər toqquşur. Seçkidə müxalifətin namizədi Levon Ter-Petrosyan Baş nazir Serj Sarkisyana uduzub. Həmin gün Yerevanda fövqəladə vəziyyət elan olundu

Nyu-York Filarmoniyasının orkestri Şimali Koreyada konsert verir - 26 fevral 2008. Dirijor Lorin Maazelin rəhbərlik etdiyi Nyu-York Filarmoniyasının orkestri Şimali Koreyanın paytaxtı Pxenyanda konsert verir. Konsert Şimali Koreya ilə Birləşmiş Ştatlar arasında görünməmiş mədəniyyət mübadiləsi hesab olunur. 2003-cü il İraq müharibəsindən əvvəl Vaşinqton Pxenyanı İraq və İranla yanaşı «Şər yuvası» elan etmişdi

Vladimir Putin və Dmitri Medvedev «Qırmızı Meydan»da seçkidə qələbəni bayram edirlər - 2 mart 2008. Rusiya prezidenti Vladimir Putin və Baş nazirin 1-ci müavini, prezidentliyə namizəd Dmitri Medvedev «Qırmızı Meydan»da konsert zamanı

Belarusda xüsusi təyinatlılar müxalifətin yürüşü zamanı etirazçıları saxlayır - 25 mart 2008. Belarusun xüsusi təyinatlıları Minskdə müxalifətin yürüşü zamanı etirazçıları saxlayır. Onlarla müxalifət fəalı Belarus paytaxtında həbs olunur, polis milli-azadlıq bayramını qeyd etməyə çalışan etirazçıları döyür

İran qadını Tehrandakı seçki məntəqəsində səs verir - 14 mart 2008. İranlı qadın Tehrandakı seçki məntəqəsində səs verir. Zəif kampaniya və islahatçı namizədlərin kütləvi şəkildə prosesdən kənarlaşdırılması ilə keçən seçkilər parlamentdə mühafizəkarların üstünlüyünü möhkəmlətdi

Tibetdə iğtişaşlar - Dalay Lama Tibetdə Çinin «terror hakimiyyətini» və «mədəni soyqırımını» pisləyərək, vətənindəki iğtişaşlarla bağlı beynəlxalq araşdırma aparmağa çağırır. 1959-cu ildə Çin əleyhinə qiyamın 49-cu ildönümündən az sonra Tibetin paytaxtı Lhasada başlayan iğtişaşlar son 20 ildə Çin hakimiyyətinə qarşı ən böyük etirazdır. Sürgündə olan Tibet hökuməti 80, Çinin dövlət mediası isə cəmi 10 nəfərin öldüyünü deyir

NATO-nun Buxarest sammiti - 3 aprel 2008. NATO liderləri Buxarestdəki Parlament Sarayında ilk rəsmi iclasına toplaşırlar. Gürcüstan və Ukraynanın üzvlük üçün Fəaliyyət Planı almaq cəhdlərini NATO rədd edir

Əfqanıstan prezidenti Həmid Karzaya sui-qəsd cəhdi baş tutmur - 27 aprel 2008. Kabildə hərbi parad zamanı atəş səsləri eşidilir, əfqan hərbçiləri mövqe tuturlar. Prezident Həmid Karzay parada edilən hücumdan salamat çıxır

Rusiya prezidenti Dmitri Medvedevin andiçməsi - 7 may 2008. Rusiyanın yeni seçilmiş prezidenti Dmitri Medvedev Kremldə inauqurasiyası zamanı and içməyə qalxır. Martın 2-də D.Medvedev Rusiyanın yeni prezidenti seçilib

Çində zəlzələdən 70 min adam ölür - Çinli ər-arvad Siçuan əyalətində 8 ballıq zəlzələnin dağıtdığı məktəbdən uşaqlarının cəsədini aparırlar. Zəlzələdə on minlərlə adam öldü, dağıntıların altında qalanlar oldu. İnsanlar kömək prosesinə cəlb olundu

Gürcüstan müxalifəti parlament seçkilərindən sonra etiraz edir - 22 may 2008. Gürcüstanın müxalifət fəalları Tbilisidə yürüş edir. Müstəqil «exit-poll» Saakaşvilinin partiyasının seçkini udduğunu göstərir. Amma müxalifət qələbə qazandığını iddia edərək, paytaxtda böyük etiraz aksiyası keçirməyə söz verir

Dima Bilan «Avroviziya» musiqi müsabiqəsinin qalibi olur - 25 may 2008. Rusiyalı müğənni Dima Bilan macarıstanlı skripkaçı Edvin Marton və fiqurlu konkisürmə üzrə Olimpiya çempionu Yevgeni Plyuşenko ilə birlikdə Belqrad Arenada «Avroviziya» musiqi müsabiqəsində qələbəni bayram edir

Moskvada qey-parad - 1 iyun 2008. Moskvadakı qey-paradda naməlum kişi qeylərin hüquqlarını müdafiə edən Aleksey Davıdova hücum edir

Türkiyədə dünyəvilik əleyhinə nümayişlər - 6 iyun 2008. Nümayişçilər Ankarada Konstitusiya Məhkəməsinin qarşısında şüarlar səsləndirirlər. İyunun 5-də Məhkəmə qadınlara universitetlərdə baş yaylığı örtməyə icazə verən qanunu ləğv edir

Qırğız yazıçısı Çingiz Aytmatov vəfat etdi - 14 iyun 2008. Əfsanəvi romanları və əsərləri ilə keçmiş SSRİ-də böyük şöhrət qazanmış Çingiz Aytmatov Almaniyanın Nürenberq şəhərindəki klinikada 79 yaşında vəfat etdi

İran polisi qeyri-islam geyimlərinə qarşı yeni reydlərə başlayır - 14 iyun 2008. Polis qadınların islam normalarına daha ciddi riayət etmələri üçün Tehrandakı mağazada paltarlara baxır

İspaniya «Avro-2008»in qalibidir - 29 iyun 2008. Almaniyaya qarşı final oyununun sonunda İspaniya futbolçuları Kuboku başları üzərinə qaldıraraq bayram edirlər

Şimali Koreya Yonben nüvə zavodundakı soyuducu qurğunu dağıdır - Şimali Koreyanın MBC televiziyası Yonbendəki soyuducu qurğunun dağıdıldığını elan edir. Cənubi Koreyanın siyasi partiyaları Şimali Koreyanın özünün nüvə qülləsini partlatmasını alqışlayırlar, Koreya yarımadasında sülh naminə kommunist rejimini nüvə silahını tam məhv etməyə çağırırlar

Çexiya Respublikası və Polşa ərazilərində ABŞ-ın raketlərdən müdafiə sistemini yerləşdirməyə razılıq verirlər - 8 iyul 2008. ABŞ-ın Dövlət katibi Kondoliza Rays və onun çexiyalı həmkarı Karel Şvartsenberq Praqada, Çerninski Sarayında raketlərdən müdafiə sisteminə dair saziş imzaladıqdan sonra tost qaldırırlar. Onlar bunu Rusiyanın israrlı etirazlarına baxmayaraq, «qlobal təhlükəsizlik yönündə addım» adlandırırlar. Saziş Çexiya ərazisində ABŞ-ın radar stansiyasının yerləşdirilməsinə icazə verir. Vaşinqton deyir ki, bu, İran kimi «səfil» ölkələrdən potensial hücumları dəf etmək üçün lazımdır. Rusiya ABŞ-ın təminatlarına baxmayaraq təhlükəsizliyinə təhdid kimi planı pisləyir

Müharibə cinayətlərində təqsirləndirilən Radovan Karaciç həbs olunur - Müharibə cinayətlərində təqsirləndirilən Radovan Karaciç iyulun 21-də həbsindən qabaq naməlum yerdə

Radovan Karaciç Haaqada BMT tribunalına çıxarılır - 29 avqust 2008. Bosniya serblərinin keçmiş lideri Radovan Karaciç Haaqa Məhkəməsində

Aleksandr Soljenitsın vəfat etdi - 6 avqust 2008. Tanınmış Rusiya yazıçısı, Sovet dissidenti və ədəbiyyat üzrə Nobel mükafatçısı Aleksandr Soljenitsının Moskvadakı Donskoy Monastrının qəbiristanlığında dəfn mərasimi. Aleksandr Soljenitsın avqustun 3-də 89 yaşında ürək iflicindən vəfat etdi

Rusiya-Gürcüstan müharibəsi - 30 avqust 2008. Rus tankları Cənubi Osetiyanın paytaxtı Tsxinvalidə

Rusiya-Gürcüstan müharibəsi - 15 avqust 2008. Korta kəndindən qaçmış, dörd gün piyada gəzən yaşlı qadınlar Qori şəhəri ətrafında. Rusiya qoşunları avqustun 15-də Qoriyə bəzi humanitar malları buraxsalar da, strateji mövqeyi olan şəhərin blokadasını davam etdirirlər

Rusiya-Gürcüstan müharibəsi - Rusiya təyyarələri avqustun 9-da Qorini üçüncü dəfə bombalayırlar

Çin Yay Olimpiadasına ev sahibliyi etdi - 24 avqust 2008. «Quş Yuvası» milli stadionunda 2008-ci il Pekin Yay Olimpiya Oyunlarının bağlanış mərasimi

Pakistan prezidenti Pərviz Müşərrəf istefa verir - Pakistan prezidenti Pərviz Müşərrəf prezidentliyi tərk edərkən xalqı salamlayır. P.Müşərrəf parlamentdəki hakim koalisiya tərəfindən impiçment olunmaq təhlükəsi qarşısında avqustun 18-də istefa verir

Rusiya Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyır - 26 avqust 2008. Suxumi sakinləri Abxaziyanın müstəqilliyinin Rusiya tərəfindən tanınmasını bayram edirlər

Qlobal maliyyə böhranı - 18 sentyabr 2008. Dünya iqtisadiyyatı və maliyyə bazarlarında eniş davam edir. Malayziyada treyder ümidsizliklə birja indekslərinə baxır

Asif Əli Zərdari Pakistan prezidenti seçilir - 9 sentyabr 2008. Prezident Asif Əli Zərdari qətlə yetirilmiş arvadı – Bənazir Bhuttonun portreti qarşısında

Hindistan Aya ilk missiyasını buraxır - 22 oktyabr 2008. Hindistan raketinin Tamil Nadu ştatındakı Satiş Davan kosmodromundan startı

Maliyyə böhranı bütün dünyada hiss olunur - 24 oktyabr 2008. Kiyevin mərkəzində siqaret satan yaşlı qadın yatır. «Standard and Poors» Agentliyi şiddətlənən maliyyə böhranı fonunda Ukraynanın kredit reytinqini aşağı salaraq «neqativ» qiymətləndirib

Mumbayda terror hücumu - 29 noyabr 2008. Hindistan hərbçisi Mumbayda hərbi əməliyyat vaxtı silahını Tac-Mahal Mehmanxanasına tuşlayır. Mehmanxanaya sonuncu həmlə zamanı üç islamçı yaraqlı öldürülür. Hindistan qəzetləri hökumət və kəşfiyyat idarələrini sərt tənqid edirlər, ölkənin terrorla mübarizə qüvvələrinin yaraqlılara qarşı pis hazırlaşdırıldıqlarını yazırlar. Yaraqlıların Hindistanın maliyyə paytaxtına razılaşdırılmış hücumları zamanı 130-dək adam qətlə yetirildi, 300-dək adam isə yaralandı

Barak Obama ABŞ prezidenti seçilir - 4 noyabr 2008. ABŞ-ın yeni seçilmiş prezidenti Barak Obama arvadı Mişel və qızları Malia və Saşa ilə birlikdə seçki gününün gecəsi Çikaqodakı mitinqdə. Obama seçkidə respublikaçı namizəd Con Makkeyn üzərində böyük fərqlə qələbə qazanaraq, ABŞ-ın ilk qaradərili prezidenti olur

Rusiya Pravoslav Kilsəsinin patriarxı II Aleksi vəfat etdi - 9 dekabr 2008. Rusiya prezidenti Dmitri Medvedev Moskvada, Xilaskar İsa kilsəsində patriarx II Aleksi ilə vidalaşır

İraq Amerika qoşunlarının statusuna dair sazişi təsdiqləyir. ABŞ hərbçiləri 2011-ci ilin sonuna qədər İraqda qalacaqlar - 19 noyabr 2008. İraqda nümayişçilər əllərində ölkənin Baş naziri Nuri əl-Malikinin şəkillərini tuturlar. İraq və ABŞ hökumətləri arasında imzalanmış təhlükəsizlik sazişini dəstəkləmək üçün yüzlərlə adam Bəsrənin küçələrinə çıxıb

Yunanıstanı etiraz aksiyaları bürüyüb - 9 dekabr 2008. Afinada, Yunanıstan parlamentinin binası yaxınlığında polislə tələbələr arasında toqquşmalar

Yunanıstanı etiraz aksiyaları bürüyüb - Yeniyetmələr Afina Politexnik Universitetinin yaxınlığında polisin atdığı gözyaşardıcı qazlardan qaçırlar. Tələbələrlə polis arasında toqquşmalar ardıcıl beş gün davam edir. İğtişaşlara dekabrın 6-sı gecə 15 yaşlı gəncin polislər tərəfindən öldürülməsi səbəb olub

İraqda müxbir ABŞ prezidentinə ayaqqabı atır - 14 dekabr 2008. Bağdadda keçirilən mətbuat konfransı zamanı jurnalistlərdən biri ayaqqabılarını Corc Buşa tərəf atır. Buş cəld tərpənib, ayaqqabılardan yayına bilir. Bu, prezidentliyi dövründə C.Buşun İraqa dördüncü səfəri idi