RƏSULZADƏNİ ANMAĞA QOYMADILAR...
Rəsulzadənin xatirə daşı - 1992-ci ildə Rəsulzadəyə abidə ucaltmaq məqsədi ilə Bakı Dövlət Universitetinin qarşısında xatirə daşı qoyulub. Lakin sonradan Rəsulzadənin adı universitetdən ləğv edilib
Tələbələr əklil qoyur - Tələblər deyir ki, hər il bura əklil qoysalar da rektorluğun göstərişi onları dərhal götürürlər
Rəsulzadənin abidəsinin nə vaxt ucaldılacağı bilinmir - Bakı Dövlət Universiteti 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən olan Məmməd Əmin Rəsulzadənin təşəbbüsü ilə yaradılıb. Bir vaxtlar bu ali təhsil müəssisəsi onun adını daşıyırdı
Tələbələr əklil qoyur - Tələblər deyir ki, hər il bura əklil qoysalar da rektorluğun göstərişi onları dərhal götürürlər
Tələbələr əklil qoyur - Mayın 23-də müxtəlif fakültələrdə təhsil alan bir qrup tələbə universitet ərazisində yerləşən xatirə daşı qarşısına əklil qoyub. Onlar bunun Azərbaycan Xalq Cümhuriyyətinin 90-cı ildönümü ilə əlaqədar olduğunu bildiriblər
Az keçməmiş əklili götürürlər - Lakin az keçməmiş bir qrup şəxs əklili xatirə daşının qarşısından götürüb. Onlar bunu universitet rektorluğunun tapşırığı ilə etdiklərini bildiriblər
Az keçməmiş əklili götürürlər - BDU-nun mətbuat xidmətinin rəhbəri Şərəf Cəlili isə «Azadlıq» radiosuna bildirib ki, rektorun əklilin götürülməsi ilə bağlı göstərişi olmayıb