OKTYABR İNQİLABI

Hökumət qüvvələri Petroqradda (Sankt-Peterburq) nümayişçilərə atəş açır, iyul 1917 - 1917-ci il Bolşevik İnqilabı XIX əsrin sonlarında başlanmış və İkinci Dünya Müharibəsi bitənə qədər davam etmiş sosial, iqtisadi və siyasi sarsıntılar dövrünün dönüş nöqtəsi idi

Çar Nikolay II ailəsi ilə, 1913 - Sərt və laqeyd hökmdar II Nikolay olduqca qeyri-populyar idi, ələlxüsus da Birinci Dünya Müharibəsinə qoşulmaq haqda fəlakətli qərarından sonra. Artan inflyasiya və qida çatışmazlığı böyük şəhərlərdə nümayişlərə səbəb oldu, onların çoxu qəddarcasına yatırıldı

Sosialist Aleksandr Kerenski. O, 1917-ci ilin yayında Müvəqqəti Hökumətə rəhbərlik edib - 1917-ci ilin fevral qiyamı martın 2-də öz pik nöqtəsinə çatdı, çar tacdan uzaqlaşdırıldı, sonda Müvəqqəti Hökumət yaradıldı. Vladimir Lenin alman hökumətinin yardımı ilə apreldə İsveçrədən Petroqrada qayıtdı

«Avrora» kreyseri, 1917. Gəmidən Petroqraddakı Qış Sarayına açılan atəş Rusiya inqilabının başlanması üçün siqnal oldu - Müvəqqəti Hökumətin müharibəni başa çatdıra və ya səmərəli torpaq islahatı apara bilməməsi daha radikal dəyişiklik çağırışlarını gücləndirdi. Oktyabrın 25-də bolşeviklər və onların müttəfiqləri Müvəqqəti Hökuməti devirərək, yerli sovetlərə əsaslanan hökumətlərini elan etdilər

Qış sarayını bolşeviklər tutmazdan qabaq kursantlar qoruyurdu - İlkin mərhələdə sovetlərə üzvlük hamı üçün açıq idi. Amma, bolşeviklər çox tezliklə başqa partiyaların fəaliyyətini məhdudlaşdırmağa başladılar. Royalistlər və Ağ qvardiyaçılar bolşevik çevrilişinə müqavimətə hazırlaşırdılar… Ölkə vətəndaş müharibəsinə sürüklənirdi

İlk məxfi Sovet polisinin banisi Feliks Dzerjinski, 1925 - Leninin yeni hökuməti dekabrın 20-də Feliks Dzerjinskinin başçılığı ilə Əks-İnqilab və Sabotajla Mübarizə üzrə Fövqəladə Komissiyanın (VÇK) yaradılmasına əmr verdi. Dzerjinski deyirdi ki, onun rolu inqilab düşmənlərini «terror etmək… və məhvidir»

Petroqrad sakinləri yeni Sovet hökumətinin verdiyi fərmanları oxuyurlar, 1917 - Tezliklə, bolşeviklər banklar, zavodlar və torpaqları milliləşdirmək haqda sərəncam verdilər. 1918-ci ilin martında Birinci Dünya Müharibəsindən çıxmaq barədə razılıq əldə etdilər. Onlar Rusiya Pravoslav Kilsəsinin mülkiyyətini zəbt etdilər. Ölkənin xarici borcları ləğv olundu

Yekaterinburqda Çar ailəsinin güllələndiyi ev, iyul 1918 - Vətəndaş müharibəsi şiddətlənir, monarxiyanın bərpası çağırışları artırdı. 1918-ci ilin aprelində bolşeviklər çar və onun ailəsini Yekaterinburqa köçürdülər. İyulun 16-da onları edam etdilər

Petroqrad sakinləri pulsuz yeməkxanada növbəyə dururlar, 1918 - «Ağ»larla yanaşı, Sovet hökuməti doqquz ölkə, o cümlədən, Yaponiya, ABŞ, Böyük Britaniyanın hərbi təcavüzü ilə mübarizə aparırdı. 1923-cü ilədək döyüşlərdə, həmçinin, aclıq və xəstəliklərdən 20 milyon insan tələf oldu

Sovet liderləri Leon Trotski (solda), Vladimir Lenin (mərkəzdə) və Lev Kamenev Moskvada, 1920 - Lenin 1924-cü ildə vəfat etdi. O, Bizans İmperiyasının hakimiyyət strukturlarına oxşar, demokratik institutlarsız mərkəzləşdirilmiş dövlət qurdu... Oktyabr inqilabından cəmi 20 il sonra Sovet İttifaqı Stalinin «Böyük Terror»unun vahiməsini yaşadı