NAXÇIVANDA ETİRAZ AKSİYASI
Noyabrın 4-də Naxçıvan şəhərində satıcılar etiraz aksiyası keçiriblər
Aksiya iştirakçıları bazarın söküləcəyi təqdirdə 3 mindən çox insanın işsiz qalacağını bildirirlər
«57-ci bazar» adlanan ticarət mərkəzinin abadlıq işləri ilə əlaqədar söküləcəyi bildirilir
Bazar rəhbərliyi satıcılara məsələ ilə bağlı danışıqlar aparıldığını və onlara qısa müddətdə məlumat veriləcəyini bildirdi
Camaatı dağıdan mülki geyimli polis əməkdaşları «Azadlıq» radiosunun müxbirini təhqir edib, diktofonunu sındırmağa da cəhd göstəriblər
Nehrəm kəndinin mərkəzində etiraz aksiyasına 450-dən çox sakin qoşulub
«Mağazalarımızı söksələr, özümüzü yandıracağıq. Yeganə dolanışıq yerimizi kəsirlər. Ölmək bundan yaxşıdır…»
Çıxış edənlər Muxtar Respublika rəhbərliyindən əkin sahələrinə su verilməsini, yonca əkmək üçün imkan yaradılmasını, işsizliyin aradan qaldırılmasını tələb ediblər