Bakının tıxacları

Bakının küçələrində tıxac adi hal alıb

Körpülərin tikintisi sürücülər üçün problemə çevrilib

Tbilisi prospekti ilə Salamzadə küçəsinin kəsişdiyi yerdə (Nəqliyyat Nazirliyinin yanı) tikilən körpü dekabrın sonunda istifadəyə veriləcək

Körpünün altında da görüləsi iş az deyil

Nəqliyyat Nazirliyinin yanındakı körpüdə tamamlanma işi görülür

3-cü mikrorayon dairəsində tikilən körpünün hələ ki, təkcə sütunları hazırdır

Yolun yeni tikilən körpülərin yanından düşəcəksə, maşınını yuma! Körpülərin ətrafı toz və palçıqdır

Yolçu, yoluna bax, ayağın büdrəsə, səni yıxılmaqdan qoruyacaq sürahi yoxdur

Ziya Bünyadov prospekti hələ ki, qazılır

20 Yanvarda tikilən körpüdə iş davam edir

Yoluna bax, sürücü qardaş, yoxsa... Tikinti ətrafdakı asfalt örtüyünü də sıradan çıxarıb

Ziya Bünyadov prospektində tikilən körpüdə çalışanlar iş başındadır

Yeni tikilən körpülərin yanında tıxaca günün istənilən saatında rast gəlinir

İlk istifadəyə veriləcək körpü asfalt salınması üçün hazırlanır

Paytaxtda gedən tikintilərdən daha çox sürücülər boğaza yığılıb