Məntəqə sədrlərinə kurs keçilir

Sentyabrın 23-dən məntəqə sədrləri və üzvləri kurslara başlayıb. Bu barədə AzadlıqRadiosuna Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətinin rəhbəri Azər Sarıyev məlumat verib.

O deyir ki, kurslarda Mərkəzi Seçki Komissiyasının üzvlərinin, habelə yerli icra, məhkəmə və prokurorluq orqanının nümayəndələrinin mühazirələri dinlənir.

Mühazirələrdə seçki prosesindən, məntəqə sədrləri və üzvlərinin hüquq və vəzifələrindən bəhs edilir.

Bundan əvvəl isə Dairə Seçki Komissiyalarının sədrləri oxşar kurslardan keçmişdilər.