Pakistanda talibançılarla toqquşma olub

Pakistanın təhlükəsixlik qüvvələri ölkənin şimal-qərbində talibançıların hücumunu iki dəfə dəf edib.

Rəsmilərin məlumatına görə yaraqlıların Cənubi Vəziristandakı hərbi məntəqəyə hücumu zamanı 16 talibançı və 1 əsgər ölüb.

Talibançılar isə deyir ki, bu toqquşmalarda 45 əsgər öldürülüb.

Bu məlumatlar hələlik müstəqil mənbələr tərəfindən təstiqlənməyib.