Bu gün Talibana hücum olunmayacaq

 

Bu gün  Əfqan və Amerika qüvvələri Talibana hücum etməyəcəklər.  Birləşmiş qüvvələr bununla  BMT-nin Beynəlxalq Sülh Gününü qeyd edirlər.  Əfqanıstanın Müdafiə Nazirliyinin  sözçüsü Mohammad Zahir Azimi Frans Press agentliyinə  deyib ki, taliban tərəfdən hücum olsa, onlar müdafiə tədbiri görəcəklər, amma özləri hücum etməyəcəklər.

 

 

BMT Baş Assambleyası  Beynəlxalq Sülh gününü 1981-ci ildə elan edib,  2002-ci ildən isə sentyabrın 21-i  “qlobal qeyri-zorakılıq və atəşkəs günü” kimi tanınır.