Vulkan təyyarələrin hərəkətini əngəlləyə bilər

Kamçatkadakı “ Şiveluç ” vulkanında dəniz səviyyəsindən 5 kilometr yarım hündürlüyədək püskürmə baş verib.

Alimlər sutka ərzində vulkanda 100-ə yaxın yerli zəlzələ müşahidə olunduğunu deyirlər.

Mütəxəssislərin fikrincə vulkan hələlik yaxınlıqda yaşayan əhaliyə təhlükə törətmir, amma püskürmə təyyarələrin hərəkətini əngəlləyə bilər.