Pakistanda talibanın liderlərindən biri ölüb

Pakistanda Taliban hərəkatının liderlərindən biri Şer Məhəmməd Qəssab ölüb.

Ordu komandanlığının məlumatına görə o həbsxanada, bir həftə bundan əvvəl ələ keçirilərkən aldığı yaradan ölüb.

Olduqca amansız olan Qəssab Svat vadisində fəaliyyət göstərən yaraqlıların komandirlərindən biriydi.

Qəssab adı da ona elə buna görə verilib.

Pakistanın hakim dairələri onun başına 120 min dollardan artıq mükafat qoymuşdu.