Rusiya Fransadan hərbi gəmi almaq istəyir

Rusiya NATO-nun üzvü olan Fransadan vertolyot daşıyan hərbi gəmi alınmasıyla bağlı danışıqlar aparır.

Rusiya müdafiə nazirinin müavini Vladimir Popovkin Moskva radiosuna müsahibəsində deyib ki, “ Mistral ” tipli hərbi gəmini almaqda məqsəd onun bazası əsasında öz gəmimizi qurmaqdır.

Popovkin gəmi tikmək üçün Avropada təhsil almış keçmiş Rusiya çarı 1-ci Pyotru yada salıb.

Keçmiş Sovet İttifaqı və indiki Rusiya ikinci dünya müharibəsindən bu yana bütün silahları özləri istehsal ediblər.

Mütəxəssislər hesab edir ki, bu Rusiyanın silahlarını təkmilləşdirmək istəməsindən xəbər verir.