Gələn həftə Rusiya və ABŞ prezidentləri görüşür

Gelən həftə ABŞ prezidenti Barak Obamanın Rusiyanın dövlət başçısı Dmitri Medvedevlə görüşü nəzərdə tutulur.

ABŞ-ın BMT Baş Assmbleyasındakı nümayəndəsi Susan Rice prezidentlərin çərşənbə günü – BMT-nin illik müzakirələrinin başladığı gün görüşəcəklərini deyib.

Rice deyib ki, Obama Çinin prezidenti Hu Jintao və Yaponiyanın baş naziri Yukio Hatoyama ilə də görüşməlidir.