Partlayışda 7 nəfər ölüb, 21 də yaralı var

İraq polisinin məlumatlna görə Mahmudiyə şəhərində gur ticarət mərkəzlərindən birinə qoyulan bombanın partlaması azı yeddi adamın ölümünə, 21 adamın isə yaralanmasına səbəb olub.

Bu hadisə müsəlmanların dümək olar sakit keçən Ramazan ayının sükutunu pozan ilk böyük partlayışdır.

Mahmudiyə şəhəri Babil əyalətində yerləşir.